• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ermənistan polisi Kirantsda gücləndirilmiş iş rejiminə keçib

Gündəm

02 May 2024 | 10:00

Ermənistan polisi Kirantsda gücləndirilmiş iş rejiminə keçib

Ermənistan polisi Tavuş rayonunun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in məlumatında deyilir.

    Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır.

    “Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.


    SON XƏBƏRLƏR

    16 May 2024