• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Norveçli səyyahlar Şuşada səfərdə olub - YENİLƏNİB

CƏMİYYƏT

02 May 2024 | 13:04

Norveçli səyyahlar Şuşada səfərdə olub - YENİLƏNİB

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti Şuşa şəhərinə səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, səyyahlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Qonaqlar, Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı və Cıdır düzündə olublar.

    Bununla da səyyahların Şuşa səfəri başa çatıb. Onlar Şuşadan Ağdama yola düşüblər.

    ***

    13:03

    Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir.

    Bakıvaxtı.az xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.

    Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

     


    SON XƏBƏRLƏR

    16 May 2024