• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Aysundan Alicana: “Nə tez “ulduz” oldun?”

MƏDƏNİYYƏT-ŞOU

02 May 2024 | 12:11

Aysundan Alicana: “Nə tez “ulduz” oldun?”

“Uzun zamandır ki, heç kimlə duet oxumuram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Xəbər ətər” verilişində deyib.

İfaçı duet ortaqlarından gördüyü nankorluqdan sonra heç bir müğənni ilə duet oxumayacağına söz verdiyini bildirib:

“Özümə söz vermişdim ki, bundan sonra yeni çıxan heç kimlə duet oxumayacağam. Çünki onu çıxardırsan, tanıdırsan, sonra da çörəyi dizinin üstündə olur. Bilirsiniz, təzə-təzə bir-iki nəfər var idi ki, onlara dəstək olurdum. Hər şeyi özüm edirdim ki, təzədir, maddi cəhətdən xərcləri qarşılayırdım. Sonradan mənə qarşı ulduzluq edirdi. Nətər oldu belə? Nə tez ulduz oldun? Toy deyirdim, mənə qiymət deyirdi”.

Qeyd edək ki,  Aysun İsmayılovanın duet ortaqları sırasında Alican Həmid, Nuran Ələkbərov və Sabir Samiroğlu da yer alır. İzləyicilərsə, onun bu sözlərinin birbaşa olaraq Alicana ünvanlandırıldığını idda ediblər.  

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

16 May 2024