• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İmişli regional ədliyyə idarəsi seminar-müşavirə keçirdi - FOTOLAR

CƏMİYYƏT

29 Mart 2024 | 13:58

İmişli regional ədliyyə idarəsi seminar-müşavirə keçirdi - FOTOLAR

İmişli regional ədliyyə idarəsi tərəfindən Saatlı rayonunda İcra Hakimiyyətinin rəhbərliyinin, yerli ədliyyə qurumlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, regional idarənin baş məsləhətçisi Ruslan İsmayılov tədbirin əhəmiyyətindən bəhs edib. O, vətəndaşlara xidmət sahəsində notariat və qeydiyyat orqanlarının mühüm fəaliyyətinə toxunub, əhali, xüsusilə gənclər arasında erkən nikahın mənfi nəticələrinə dair maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Seminarda regional idarənin əməkdaşlarının, Saatlı rayon qeydiyyat şöbəsinin rəisi Rəşad Qəhrəmanovun və notariat ofisinin xüsusi notariusu Niyazi Yusiflinin qeydiyyat və notariat sahəsində xidmətlərin Saatlı Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən icrası vəziyyəti və erkən nikah mövzularında mühazirələri dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024