• Bakı 10° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

İmran Məmmədova yüksək vəzifə verildi - FOTO

CƏMİYYƏT

12 Mart 2025 | 21:17

İmran Məmmədova yüksək vəzifə verildi - FOTO

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

O, 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Q.Məmmədov yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

12 Mart 2025