• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"İndiki formada taxıl müqaviləsinə xitam verilməlidir" - Medvedev

DÜNYA

03 Iyul 2023 | 00:20 | Müəllif: Subhan Mahmudov

"İndiki formada taxıl müqaviləsinə xitam verilməlidir" - Medvedev

"İndiki formada taxıl sazişinə ehtiyac yoxdur, Rusiya ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə onsuz da kömək edə biləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, “ölkəmizdən kənd təsərrüfatı məhsullarından və ərzaq məhsullarından asılılıq hər yerdə etiraf olunub, ona görə də taxıl sövdələşməsi mövzusunda bitib-tükənməyən kampaniyalar aparılır”. "Baxmayaraq ki, artıq hamıya aydındır ki, indiki formada buna ehtiyac yoxdur və dayandırılmalıdır", - siyasətçi bildirib.

"Biz onsuz da tərəfdaşlarımıza kömək edə biləcəyik, lakin kök üzlü avropalı burqerləri yedizdirmək bizim vəzifəmiz deyil" deyən Medvedev kinayə ilə əlavə edib ki, avropalıların öz problemlərini həll etmək üçün öz siyasətçiləri var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026