• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nigerdən uran tədarükü dayandırılır?

DÜNYA

01 Avqust 2023 | 21:36 | Müəllif: Subhan Mahmudov

Nigerdən uran tədarükü dayandırılır?

Niger Avropa İttifaqının mühüm uran tədarükçüsüdür, ancaq hərbi çevriliş səbəbindən uran tədarükünün dayandırılması ehtimalı ciddi risk daşımır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmisi Adalbert Yants deyib.

O qeyd edib ki, AB-nin də kifayət qədər uran ehtiyatı mövcuddur.

Yants Nigerin AB ölkələrinə uranı təbii formada tədarük etdiyini və ondan nüvə yanacağı əldə etmək üçün zəngiləşdirmə prosesindən keçməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə ​​uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026