• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putindən sonra o da...

DÜNYA

31 Avqust 2023 | 17:20

Putindən sonra o da...

Gələn həftə Hindistanda keçirilməsi planlaşdırılan G-20 Liderlər Zirvəsinə Rusiya prezidenti Vladimir Putindən sonra Çin Dövlət Başçısı Xi Jinpingin də qatılması gözlənilmir.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək toplantıda Çini ölkənin Baş naziri Li Qiang Pekini təmsil edəcək.

Qeyd edək ki, Hindistan və Çin Xarici İşlər nazirlikləri məsələ ilə bağlı şərh verməyiblər.

Yaponiyanın Kyodo xəbər agentliyinin məlumatına görə, Linin sentyabrın 5-7-də İndoneziyanın paytaxtı Cakartada keçiriləcək Şərqi və Cənub-Şərqi Asiya liderlərinin sammitində iştirakı gözlənilir.

Hindistanda keçirilən sammit ABŞ və Çinin pisləşən münasibətlərini düzəltməyə çalışdığı bir vaxtda Xi Jinping və Co Baydenin bir araya gələ biləcəyi bir "ünvan" olaraq görülüb. Xi və Bayden sonuncu dəfə keçən ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən G-20 sammiti zamanı görüşmüşdülər.

"Biz bilirik ki, baş nazir gələcək" , - deyə Hindistan rəsmiləri bildiriblər.

Qeyd edək ki, Çin prezidenti Xi Jinping son bir neçə gündə Cənubi Afrikada keçirilən BRİKS sammitində iştirak etsə də, açılış nitqini ticarət naziri yazılı mətnlə oxuyub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026