• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyə bu ölkəyə investisiya yatıracaq

DÜNYA

30 Sentyabr 2023 | 15:50

Türkiyə bu ölkəyə investisiya yatıracaq

Türkiyənin “Baykar” şirkəti Ukraynaya 100 milyon ABŞ dollarına yaxın investisiya yatıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən Hərbi Sənaye Forumunda bildirib.

Bayraktar bu vəsaitlə Ukraynada pilotsuz uçuş aparatı (PUA) zavodu tikiləcəyini söyləyib.

“Tikinti artıq başlayıb. Onu başa çatdırmaq üçün təqribən 1,5 il vaxt lazımdır. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, - o deyib.

Baş direktorun sözlərinə görə, vəsait zavodun tikintisi ilə yanaşı, Ukraynadakı xidmət mərkəzinin və şirkətin baş ofisinin saxlanmasına sərf olunacaq.


SON XƏBƏRLƏR

10 May 2025