• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenskinin Ofisinin rəhbəri Armen Qriqoryanla görüşdü

DÜNYA

30 Oktyabr 2023 | 15:46

Zelenskinin Ofisinin rəhbəri Armen Qriqoryanla görüşdü

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Andriy Yermak "X" hesabında bildirib.

Görüş oktyabrın 28-də Maltada baş tutub.

Ermənistan mətbuatı bildirir ki, görüşdə ikitərəfli əlaqələr və enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Cəmiyyətinin Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026