• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik” - Stoltenberq

DÜNYA

29 Noyabr 2023 | 14:20

"Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik” - Stoltenberq

Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Ukraynanın alyansa üzvlüyü istiqamətində irəliləyiş, tələb olunan islahatlar və onların həyata keçirilməsi məsələsi müzakirə olunacaq.

Bakıvaxtı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib.

“Bu gün bizim tarixi görüşümüz olacaq. NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclas keçiriləcək. Bu görüş Ukraynanın NATO-ya yaxınlaşdığını nümayiş etdirir. İclasda Ukraynanın üzvlük yoluna necə dəstək ola biləcəyimizi də müzakirə edəcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun ehtiyacları və döyüş meydanındakı vəziyyət də nəzərdən keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026