• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Finlandiya onlarla sərhədi bütünlüklə bağlayır

DÜNYA

29 Noyabr 2023 | 13:37

Finlandiya onlarla sərhədi bütünlüklə bağlayır

Finlandiya Rusiya ilə sərhəddə sonuncu nəzarət-buraxılış məntəqəsini noyabrın 30-da bağlamağı planlaşdırır.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün Finlandiyanın Moskvadakı səfirliyi Rusiya hökumətinə rəsmi nota göndərib.

Notada Finlandiya hakimiyyətinin noyabrın 30-da Rusiya ilə sərhəddəki "Raya-Yooseppi" nəzarət-buraxılış məntəqəsini bağlayacağı qeyd olunub.

"Beləliklə, Rusiya-Finlandiya sərhəddində bütün nəzarət-buraxılış məntəqələri bağlanacaq", - Zaxarova deyib.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir "üçüncü dünya ölkələri vətəndaşlarının" axınının qarşısını almaq məqsədi daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026