• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Serj Sarkisyanın kürəkəninin cinayət işi MƏHKƏMƏDƏ

DÜNYA

29 Noyabr 2023 | 13:29

Serj Sarkisyanın kürəkəninin cinayət işi MƏHKƏMƏDƏ

Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanla bağlı cinayət işi baxılmaq üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu ilin avqust ayında Minasyana qarşı Dzora SES işi çərçivəsində yeni ittiham irəli sürülüb. Minasyan cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda təqsirləndirilib.

“Dzora SES” QSC-nin dövlət mülkiyyəti olan səhmlərinin ucuz qiymətə satılması ilə bağlı 2020-ci ilin yazında başlanan cinayət işində ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın da adı hallanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026