• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

Ərdoğan Yunanıstana səfər edəcək

DÜNYA

29 Noyabr 2023 | 14:59

Ərdoğan Yunanıstana səfər edəcək

Dekabrın 7-nə planlaşdırdığımız Yunanıstan səfərinə bizim yanaşmamız belədir. Dünən qonşumuz Yunanıstanla münaqişələrimiz olub, sabah da ola bilər. Eləcə də bu münaqişələrdən faydalanmaq istəyənlər də olacaq. Amma bu o demək deyil ki, biz eyni dənizi, eyni iqlimi, eyni coğrafiyanı paylaşan iki qonşu ölkə kimi dil tapa bilmərik. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir çox mövzular var. Səfərimiz zamanı bunlara diqqət yetirmək niyyətindəyik. Ümid edirəm ki, Yunanıstana səfərimiz ölkələrimiz arasında yeni səhifənin açılmasına səbəb olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində rəhbərlik etdiyi, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında çıxışı zamanı səsləndirib.

Almaniya və Əlcəzairə səfərləri barədə danışan Ərdoğan deyib ki, bu səfərlər zamanı ikitərəfli ticarət, humanitar, siyasi və müdafiə məsələləri ətraflı müzakirə edilib. Türkiyə Almaniya ilə 50 milyard ABŞ dolları səviyyəsində olan ikitərəfli ticarət həcmini qısa müddətdə 60 milyard dollara çatdırmaq istəyir. Əlcəzairlə isə bu il 6 milyard dollara çatacaq ticarət həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir.

İsrail-Fələstin qarşıdurmasına toxunan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu günə qədər Misir ilə əməkdaşlıq çərçivəsində Türkiyədən 12 təyyarə və bir gəmi dolu yardım vasitəsi Qəzzaya göndərilib. Ümumilikdə 1500 ton humanitar yardım vasitələri daşıyan ikinci gəmi bu gün yola çıxacaq. Xərçəng xəstələri və uşaqlar başda olmaqla yaralılar Türkiyəyə gətirilərək müalicəsi davam etdirilir. Hazırda Türkiyə tərəfindən Qəzzada qurulacaq səhra xəstəxanaları üçün yer müəyyənləşdirilir.


SON XƏBƏRLƏR

21 Fevral 2024