• Bakı C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Dünyanın ən qısa ölkə sərhədi

DÜNYA

29 Noyabr 2023 | 15:27

Dünyanın ən qısa ölkə sərhədi

Dünyanın ən qısa ölkə sərhədi kimi tanınan İspaniya və Mərakeşi ayıran qumlu torpaq sahəsi Penon de Velez bölgəsində yerləşir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ölkələr arasında sərhədlər çox vaxt bir-birindən minlərlə kilometr məsafə arasında olur. Lakin İspaniya ilə Mərakeşi ayıran Penon de Velez sərhədinin uzunluğu 80 metr belə deyil.

Siz həm İspaniyanı, həm də Mərakeşi bir kadrda görə bilərsiniz. Mərakeşlə İspaniyanın sərhədlərini ayıran yeganə amil kiçik qum dənələridir.

Xatırladaq ki, Penon de Velez əvvəllər ada idi və dörd tərəfdən su ilə əhatə olunmuşdu. Ada 17-ci əsrdən bəri ciddi ispan nəzarəti altındadır.

Tam adı Penon de Velez la Gomera olan bölgə artıq ada deyil. 1930-cu ildə bölgəni formalaşdıran fırtınalar, yağışlar və zəlzələlər kimi faktorlar iki ölkə arasında tamamilə yeni bir sərhədin yaranmasına səbəb oldu. Adanı materikdən ayıran qum parçaları Mərakeşlə birləşir.

Qeyd edək ki, yarımadanın daxilində kiçik İspan hərbi birliyi var.

Ay Tac


SON XƏBƏRLƏR

13 Dekabr 2024