• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qazaxıstanda təyyarə qəzaya düşdü

DÜNYA

30 Sentyabr 2023 | 14:48

Qazaxıstanda təyyarə qəzaya düşdü

Qazaxıstanda təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində UPLA286 tipli P2002 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bildirilir ki, nəticədə iki nəfər həlak olub.

Təyyarə sentyabrın 30-da səhər saatlarında Uştobe kəndindəki Balapan təlim meydançasından havaya qalxıb.

“Saat 07:46-da havaya qalxdıqdan sonra təyyarənin heyəti bizimlə əlaqə saxlamadı. Axtarış zamanı məhv olmuş təyyarə və iki ölü aşkar edilib. Faktla bağlı Nəqliyyat Nazirliyinin Qəzaların İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb”, - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR