• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Süni intellekt məktəbə direktor təyin edildi

DÜNYA

30 Oktyabr 2023 | 13:34

Süni intellekt məktəbə direktor təyin edildi

Süni intellekt artıq rəsmən insanları əvəz etməyə başlayıb.

Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, belə ki, İngiltərədəki özəl internat məktəbi Abigail Bailey adlı robotu direktor köməkçisi təyin edib.

Abigail Bailey adlı süni intellekt robotu bir çox mövzuda məsləhətlər verəcək. O cümlədən, məktəb işçilərinə necə dəstək olmaq, məktəb siyasətlərini necə yazmaq və hətta diqqəti yayındırmaqda tələbələrə necə kömək etmək lazım olduğunu deyəcək.

Məktəbin əsas müdiri Tom Rogersona bildirib ki, bəzən kiminsə və ya nəyinsə sizə kömək etməsi sakitləşdirici təsir bağışlayır: “İnanılmaz dərəcədə yaxşı təhsil almış birinin qərar qəbul etməyinizə kömək etmək üçün orada olduğunu düşünmək çox xoşdur. Bu, insanlardan məsləhət almamağınız demək deyil. Əlbəttə ki, mütəxəssisləri çağırırsınız. Lakin kiməsə zəng etmədən, cavab gözləmədən kömək almaq insanı arxayınlaşdırır”.

Məktəbdən verilən şərhdə, Abigailin suallara cavab verə bilən və ya müxtəlif istəklərə uyğun olaraq mətn hazırlaya bilən məşhur süni intellekt tətbiqlərinə bənzər işlədiyi deyilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR