• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ermənistanın dövlət borcu artacaq

DÜNYA

30 Oktyabr 2023 | 12:49

Ermənistanın dövlət borcu artacaq

Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda artaraq ümumdaxili məhsulun (ÜDM) 47 faizindən 48,4 faizinə çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan hökumətinin dövlət büdcəsinin məlumatları bunu təsdiqləyir.

Qeyd edək ki, Ermənistanın dövlət borcu 31 avqust 2023-cü il tarixinə 11 milyard 387 milyon dollara çatıb.

Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.

Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlər qarşısındakı xarici borcu isə dollar ifadəsində 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb.

Bundan başqa, Ermənistanın Mərkəzi Bankının dollarla borcu da 1,5 faiz və ya 8,5 milyon dollar artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR