• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edilib

DÜNYA

29 Noyabr 2023 | 10:14

Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edilib

Ermənistanda keçmiş məmurların həyat yoldaşları ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, qadınların əksəriyyəti uşaq bağçalarının direktorlarıdır. Onların adları yaxın vaxtlarda açıqlanacaq. Qəzet yazır ki, onlar uşaq bağçalarında mənimsəmələrlə bağlı aparılan istintaq çərçivəsində dindiriləcəklər.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan MTX uşaq bağçalarını qidalandırmaqdan qazanc əldə edən cinayətkar dəstənin üstünü açdığını bəyan edib.

İş materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdıraraq məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməkliyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər. Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Beş nəfər həbs edilib./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026