• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ NATO missiyası çərçivəsində Kosovoya əsgər göndərəcək

DÜNYA

28 Dekabr 2023 | 23:53 | Müəllif: Subhan Mahmudov

ABŞ NATO missiyası çərçivəsində Kosovoya əsgər göndərəcək

ABŞ hakimiyyəti Ayova Milli Qvardiyasından onlarla əsgəri NATO missiyası çərçivəsində Kosovoya göndərəcək .

Bakıvaxtı.az xəbər verir ki, 2-211-ci Ümumi Dəstək Aviasiya Batalyonunun 1-ci dəstəsinə təyin olunmuş 33 Ayova mühafizəçisi dekabrın 29-da doqquz aylıq tura yola düşəcək.

Missiyanın əsas məqsədi ABŞ Kosovo Təhlükəsizlik Qüvvələrinə (KSF) hava-tibbi evakuasiya, yanacaq doldurma və texniki xidmət əməliyyatlarını həyata keçirməkdir.

Qeyd olunur ki, Priştina şəhərində ABŞ-ın səfirliyi fəaliyyət göstərir.

Noyabr ayında Serbiya prezidenti Aleksandar Vuçiç Parisə səfəri zamanı bildirmişdi ki, Qərb Kosovo hakimiyyətinin Belqradla münasibətləri normallaşdırmaq  və öhdəliklərini yerinə yetirməkdə maraqlı olmadığını dərk etməyə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR