• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail ölən və girov götürülən hərbçilərin sayını AÇIQLANDI

DÜNYA

30 Oktyabr 2023 | 14:06

İsrail ölən və girov götürülən hərbçilərin sayını AÇIQLANDI

Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi ölüb, 239 hərbçi isə girov götürülüb.

Bakıvaxtı.az “Ynet”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun briqada generalı Daniel Xaqari bildirib.

O, girov götürülənlərin qaytarılmasını başlıca missiya saydıqlarını vurğulayıb.

D.Xaqari Qəzza zolağında quru əməliyyatlarının miqyasını genişləndirəcəklərini də açıqlayıb.

Bundan başqa, “France press”in məlumatına görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhər ətrafında görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənubla birləşdirən yolu kəsib.

Xatırladaq ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026