• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur

DÜNYA

30 Oktyabr 2023 | 12:10

Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur

“Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında Azərbaycanla sülh sazişinin imzalanmasına, Türkiyə ilə sərhədlərin açılmasına və bölgə ölkələri arasında kommunikasiya xətlərinin işə düşəcəyinə inandığına dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əslində Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur.

E.Şahinoğli qeyd edib ki, Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət də təhlükə deyil: “Bütövlükdə mexanizm işə düşüb, bu il olmasa da, gələn il ərzində Paşinyanın sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir".

Qeyd edk ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanla üç əsas prinsip razılaşdırıldığını deyib. Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.

Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılması ilə bağlı razılaşmaların da reallaşa biləcəyinə ümidini ifadə edib. Baş nazir bildirib ki, indiki mərhələdə Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açıqdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR