İrəvanda qəbiristanlıq direktoru rüşvətxorluq şübhəsi ilə həbs olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, qəbiristanlıq direktoru İrəvanın Nork-Maraş inzibati rayonunda qohumunu dəfn etmək istəyən bir vətəndaşdan qəbir yerinin qarşılığında 2,5 min dollar rüşvət alıb.
Sözügedən şəxsin başqa bir vətəndaşdan isə qəbir yeri ayırmaq üçün vasitəçi yolu ilə 2 min dollar rüşvət aldığı deyilir.
Rüşvət almaqda ittiham olunan qəbirstanlıq direktoru ilə yanaşı, ona rüşvət verən şəxslər və "sövdələşmə"də vasitəçilik edən şəxs də saxlanılıb. İlkin istintaq davam edir.
















