• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İsrail ordusu Qəzza zolağında irəliləyir

DÜNYA

30 Oktyabr 2023 | 13:16

İsrail ordusu Qəzza zolağında irəliləyir

Qəzza şəhərinin yaxınlığında İsrail tankları görünüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, zirehli texnika Qəzza zolağının şimal və cənub rayonlarını birləşdirən əsas yolu bağlayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, yəhudi dövləti Qəzza zolağında quru hərbi əməliyyatının “miqyasını genişləndirir”.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü də ordunun Qəzza zolağında irəlilədiyini deyib. Bildirilib ki, İsrail hərbçiləri və tankları döyüş əməliyyatları planlarına uyğun olaraq yerüstü əməliyyatları genişləndirir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026