• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Zelenski yeni ittifaq yaradıldığını AÇIQLADI

DÜNYA

30 Sentyabr 2023 | 12:16

Zelenski yeni ittifaq yaradıldığını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın silah və hərbi texnika istehsalçılarının qoşula biləcəyi ittifaqın yaradıldığını elan edib.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumu zamanı bildirib.

“İlk beynəlxalq müdafiə sənayesi forumunda biz müdafiə sənayesi alyansı yaratdıq. Dünyanın hər yerindən silah və hərbi texnika istehsalçıları ittifaqın əsas bəyannaməsinə qoşula bilər”, - o deyib.

Prezidentin sözlərinə görə, artıq 13 şirkət bəyannaməni imzalayıb.

Zelenski, həmçinin bildirib ki, Ukrayna hərbi-sənaye kompleksi üçün xüsusi iqtisadi rejim hazırlayır.

Ukrayna Xarici İşlər Nazirliyindən verilən məlumata görə, forumda 26 ölkədən 165 şirkət iştirak edir.


SON XƏBƏRLƏR

10 May 2025