• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İkardinin sevgilisi xəstəliyini açıqladı: ... nəfəsim kəsilir

DÜNYA

30 Oktyabr 2023 | 11:24 | Müəllif: Qalib İbrahimoğlu

İkardinin sevgilisi xəstəliyini açıqladı: ... nəfəsim kəsilir

Mauro İkardinin sevgilisi Wanda Nara xəstəliyi haqqında danışıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı televiziya ulduzu əri Mauro İkardinin "Qalatasaray"a transferi ərəfəsində müayinə zamanı rastlaşdığı əlamətlərdən sonra leykoz xəstəliyinə tutulduğunu bildirib.

"Məndə leykoz var. Əvvəlcə "məndə bu xəstəlik var" deyirdim. Sonra "o xəstəlik" dedim. İndi onu adı ilə çağırıram" deyə W.Nara yaşadıqlarını izah edib.

Onun sözlərinə görə, hər həftə Fundaleudan həkimi Migel Pavlovskiyə analizlər göndərir: “Mən də xəstəliyin gedişindən asılı olaraq müxtəlif müalicə alıram".

"Hər həftə nəticələr əldə etməyə gedəndə nəfəsim kəsilir. Bu, həssas məsələdir, özəl olmağı üstün tuturam, amma xəbəri başa düşürəm..." deyən Nara ona görə də xəbəri açıqlayan jurnalistdən şikayət etməməyə qərar verib. Bildirib ki, jurnalist öz vəzifəsini yerinə yetirib. “Əgər bu məlumat onun əlində olsaydı, onu dərc etməli idi”.

Nərgiz Məmmədli


İkardinin sevgilisi xəstəliyini açıqladı: ... nəfəsim kəsilir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026