• Bakı 10° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

DÜNYA

29 Noyabr 2023 | 08:37

Kadırovun 16 yaşlı oğluna daha bir vəzifə verildi

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırova daha bir vəzifə verilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Adam Kadırov Şeyx Mənsur batalyonunun kuratoru olub.

Bu batalyon Rusiya Müdafiə Nazirliyinin tərkibindədir. Parlamentari eyni zamanda vurğulayıb ki, 16 yaşlı Adam Kadırovun kurator vəzifəsinə təyin olunması onun əldə etdiyi nailiyyətlərin və xidmətlərinin nəticəsidir.

Noyabrın 28-də Çeçenistan rəhbərinin oğlu rəsmən batalyonun şəxsi heyətinə təqdim olunub. Tədbir zamanı Adam Kadırov Şeyx Mənsur batalyonunun 2 nömrəli ulduzunu da qəbul edib.

Bundan əvvəl Adam Kadırov Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu./report.az


SON XƏBƏRLƏR

11 Aprel 2026