• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Putin: Ukrayna müharibəsi bu qədər davam edəcək

DÜNYA

28 Dekabr 2023 | 23:35 | Müəllif: Subhan Mahmudov

Putin: Ukrayna müharibəsi bu qədər davam edəcək

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martında Moskvada keçirilən görüşdə Çin dövlət rəhbəri Si Sziinpinə Rusiyanın Ukraynada ən azı beş il döyüşəcəyini deyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” nəşri öz məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, görünür, bu yolla Putin hərbi əməliyyatlar zamanı o vaxt (2023-cü ilin martında - red.) Rusiyanın xeyrinə olmayan vəziyyəti qısaca təsvir etməyə çalışıb və Szinpini əmin edib ki, sonda Rusiya qalib gələcək.

Qeyd edək ki, Ukraynanın əks-hücumu iflasa uğrayandan sonra hazırda Rusiya müharibədə təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə Ukrayna ordusunun müdafiəsini yarıb. Hətta Marinka şəhərini də tam işğal edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR