• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Piterdə atəşfəşanlıq ləğv olundu

DÜNYA

28 Dekabr 2023 | 22:20 | Müəllif: Subhan Mahmudov

Piterdə atəşfəşanlıq ləğv olundu

Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il atəşfəşanlığı olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin mədəniyyət komitəsi məlumat yayıb.

Eyni zamanda, bildirilib ki, şəhərin mərkəzində bayram tədbirlərinin geniş miqyasda keçirilməsi nəzərdə tutulub.

Belə ki, Saray meydanında konsertin baş tutacağı və burada gecə yarısı qubernator Aleksandr Beqlov və prezident Vladimir Putinin videoformatda Sankt-Peterburq sakinlərini təbrik edəcəyi bildirilir.

Qeyd edək ki, bundan öncə paytaxt Moskvada atəşfəşanlığın ləğv edildiyi açıqlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026