Ukrayna prezidenti Volodimir Zelenski ölkədə seçkilərin 2024-cü ildə keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olacağını etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Portuqaliyanın RTP televiziyasının müxbirinin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib.
"2024-cü ildə müharibə və seçkilər olsa, mən həyatımda heç vaxt ölkəmi tərk etməyəcəyəm. Çünki mən konstitusiyanın qarantıyam və nə olursa olsun onu müdafiə edəcəyəm", - Zelenski qeyd edib.
Siyasətçi bildirib ki, Ukraynada hərbi vəziyyət zamanı seçkilər keçirilə bilməz. Eyni zamanda o, qeyd edib ki, seçkilərin həyata keçirilməsi üçün qanunvericiliyə dəyişiklik etmək olar.
















