• Bakı 22° C

    5.26 m/s

ABŞ zirehli briqadası Polşada daimi yerləşdiriləcək

DÜNYA

30 Sentyabr 2023 | 18:20 | Müəllif: Subhan Mahmudov

ABŞ zirehli briqadası Polşada daimi yerləşdiriləcək

Polşa Müdafiə Nazirliyi ölkənin cənub-qərbində Tşeben kəndi yaxınlığında Amerika zirehli briqadasının daimi yerləşdirilməsi üçün baza yaratmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun İnvestisiya Departamentinin direktoru, Polşanın briqada generalı Dariuş Mendrala deyib.

Onun sözlərinə görə, Polşada ABŞ-ın zirehli briqadasının daimi yerləşdirilməsi üçün şərait yaradılması nəzərdə tutulur:

“Bu investisiyalar yaxın illərdə həyata keçiriləcək və prioritet hesab olunur. Bu, 4,8 min hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş daimi infrastruktura əsaslanan düşərgə olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026