• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

HƏMAS israilli girovların müraciətini yaydı

DÜNYA

30 Oktyabr 2023 | 17:48

HƏMAS israilli girovların müraciətini yaydı

HAMAS israilli girovların müraciətini dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, həmin video HAMAS tərəfindən “Telegram”da yayınlanıb.

Videoda 3 nəfər qadın İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətə müraciət ünvanlayıb.

“23 gündür Həmas əsirliyindəyik. Dünən girovların ailələri ilə mətbuat konfransı keçirildi. Biz bilirik ki, atəşkəs olmalı idi. Siz hamımızı azad etməli idiniz. Bunun əvəzinə, sizin siyasi, milli etinasızlığınıza görə cəzalandırılırıq - oktyabrın 7-də baş verən uğursuzluğa görə cəzalandırılırıq. Çünki orada hərbçi yox idi. Heç kim köməyimizə gəlmədi. Bizdən xəbər tutan yox idi. Biz günahsız vətəndaşlarıq. İsrail dövlətinə vergi ödəyən vətəndaşlarıq. Biz əsirlikdəyik... Bu qədər İsrail vətəndaşlarının öldürülməsi kifayət deyilmi. İcazə verin onların vətəndaşları, məhbusları getsin. Bizi, hamımızı azad edin”, müraciətdə deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026