• Bakı 20° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ermənistan AİB-nin təcili iclasını çağırdı

DÜNYA

29 Noyabr 2023 | 16:33

Ermənistan AİB-nin təcili iclasını çağırdı

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təcili iclas çağırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Ermənistandan göndərilən bəzi yüklərin buraxılmamasını müzakirə etməkdir. 

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, 2023-cü ildə Ermənistandan ölkəyə göndərilən gül və meyvə-tərəvəz məhsullarında zərərli orqanizmlərin olması ilə bağlı 72 fakt aşkarlayıb. “Rosselxoznadzor” Ermənistana rəsmi məktub göndərərək Rusiyaya zərərli orqanizmlərlə yoluxmuş məhsulların göndərilməsinin qarşısının alınması ilə bağlı zəruri tədbirlər görməyi tələb edib.


SON XƏBƏRLƏR

14 Sentyabr 2025