• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-ın Suriyadakı bazası atəşə tutuldu

DÜNYA

30 Oktyabr 2023 | 17:26

ABŞ-ın Suriyadakı bazası atəşə tutuldu

ABŞ-nin Suriyanın şərqi, Deyr-əz-Zor əyalətindəki “Koniko” təbii qaz yatağı yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin bazasının ətrafında və daxilində bir neçə partlayış olub.

Məlumata görə, bir müddət əvvəl ABŞ-nin hərbi komandanlığı Yaxın Şərqdəki bazalarının atəşə tutulması nəticəsində 20-dən çox hərbçisinin yaralandığını bildirmişdi.

Pentaqonun məlumatına əsasən, oktyabrın 17-dən 24-dək İrana bağlı olduğu ehtimal olunan qruplaşma ABŞ-nin İraqdakı və Suriyadakı hərbi hissələrinə bir neçə dəfə raket və PUA-larla zərbə endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR