• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyə-Yunanıstan arasında yeni körpü tikiləcək

DÜNYA

30 Sentyabr 2023 | 17:23

Türkiyə-Yunanıstan arasında yeni körpü tikiləcək

2024-cü ilə Türkiyə ilə Yunanıstan arasında yeni körpünün tikintisinə başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.

O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:

"Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq".

K.Franqoyannis bildirib ki, iki ölkə arasında münasibətlər 29 müxtəlif sahədə inkişaf edir.

Nazir müavininin sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən turizmdə ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı addımlar atılır: “İqlim böhranı və qanunsuz miqrasiya sahəsində də əməkdaşlığa ehtiyac var”.

XİN rəsmisi ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı optimist olduğunu bildirib.


SON XƏBƏRLƏR

10 May 2025