• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fidan Lavrovla Cənubi Qafqazı müzakirə edəcək - YENİLƏNİB

DÜNYA

31 Avqust 2023 | 18:35 | Müəllif: Subhan Mahmudov

Fidan Lavrovla Cənubi Qafqazı müzakirə edəcək - YENİLƏNİB

Türkiyə və Rusiya xarici işlər nazirləri Cənubi Qafqazda baş verən hadisələri müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdən əvvəl bildirib.

O, həmçinin Sergey Lavrovla Qara dəniz taxıl dəhlizinin bərpası və Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh yolu ilə başa çatdırılması məsələlərinin də gündəmdə olduğunu qeyd edib.

 

16:31

Rusiyanın paytaxtı Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, XİN rəhbərləri gündəmdəki məsələləri, xüsusilə taxıl sazişinin gələcəyini və Ukraynadakı münaqişələri müzakirə edəcək: "Taxıl razılaşmasına alternativ layihə müzakirə olunacaq". 

Nazirlər daha sonra birgə mətbuat konfransı keçirəcəklər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026