İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.
Turistləri daşıyan avtobus leysan yağışların yaratdığı sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hazırda xtarış-xilasetmə işləri davam edir.
Əli Hüseynov