• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

İnnovasiya və startap ekosisteminin inkişafı üçün Anlaşma Memorandumu imzalanıb

CƏMİYYƏT

30 Noyabr 2023 | 13:38

İnnovasiya və startap ekosisteminin inkişafı üçün Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən "InMerge İnnovasiya Sammiti" çərçivəsində İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və "PAŞA Holdinq" MMC arasında ölkədə innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasim İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə, iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, SOCAR prezidenti Rövşən Nəcəf və "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımovun iştirakı ilə baş tutub.

Memoranduma əsasən, tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə "Sahibkarlığa Giriş" üzrə təlimlərin, innovasiya və startap ekosisteminin təbliği üçün "Bakı İnvestisiya Günü" ("Baku ID") tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.

Anlaşma Memorandumunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliynin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və "PAŞA Holdinq"in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.


SON XƏBƏRLƏR

04 Dekabr 2024