“İl boyu bir çox qanunlara dəyişikliklər edilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
“Mən bilmirəm, qanun layihəsinə dəyişiklik olandan sonra həcm nə qədər artır" deyən deputatın sözlərinə görə. elə etməliyik ki, qanun layihələrinə yamaq vurulmasın.
S.Rüstəmxanlı qaz limitindən də danışıb: "Limit məsələsi camaatı boğaza yığıb. Aparıb karta 100 manat vurursan, baxırsan 50-dir. Sən mənim 50 manatımı niyə oğurlamalısan? Bu limit məsələsi niyə var,”.
Aytac Aslan
















