• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DİN-dən bu videonu çəkən oğlanla bağlı AÇIQLAMA

CƏMİYYƏT

29 Yanvar 2024 | 10:15

DİN-dən bu videonu çəkən oğlanla bağlı AÇIQLAMA

Bir neçə gündür Bakıda yeniyetmənin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən görüntülər yayılır. O, avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib. Həmin görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri, eləcə də sakinlər bunu paylaşan şəxsin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Qurumun əməkdaşı Nurlan Əliyev bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb:

 “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026