• Bakı 21° C

    3.72 m/s

Liftlərdə qalan vətəndaşlar xilas edildi - VİDEO

CƏMİYYƏT

28 Fevral 2024 | 10:04

Liftlərdə qalan vətəndaşlar xilas edildi - VİDEO

Bakıda liftlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026