• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Xabi Alonso İngiltərə və Almaniya klublarının təklifindən imtina etdi

CƏMİYYƏT

29 Mart 2024 | 09:46

Xabi Alonso İngiltərə və Almaniya klublarının təklifindən imtina etdi

Bu yay "Bayer 04"ü tərk edəcəyi gözlənilən baş məşqçi Xabi Alonso İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarının təklifindən imtina edib.

Bakıvaxtı.az "BBC Sport"a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı növbəti mövsüm də Leverkuzen təmsilçisində qalmaq istəyir.

42 yaşlı mütəxəssis "Liverpul"un təklifindən imtina edib. "Bavariya"nın prezidenti Uli Höness isə açıqlamasında bildirib ki, Alonsonu bu yay komandaya cəlb etmək imkansız görünür.

Həm "Liverpul", həm də "Bavariya"nın baş məşqçiləri mövsümün sonunda klubu tərk edəcəklər. Bu komandaların yeni çalışdırıcılarının adlarına isə hələ ki aydınlıq gətirilməyib.

Qeyd edək ki, "Bayer 04" X.Alonsonun rəhbərliyi altında 26 turdan sonra Almaniya Bundesliqasında 70 xalla liderdir.


SON XƏBƏRLƏR

28 Aprel 2024