• Bakı 13° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Bakıda 31 dərəcə isti olacaq - Günün havası

CƏMİYYƏT

29 Aprel 2024 | 09:21

Bakıda 31 dərəcə isti olacaq - Günün havası

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


SON XƏBƏRLƏR