• Bakı 20° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Kürün səviyyəsi azalmaqda davam edir

CƏMİYYƏT

28 May 2024 | 18:24

Kürün səviyyəsi azalmaqda davam edir

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Bakıvaxtı.az-a bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.


SON XƏBƏRLƏR

09 May 2025