• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Xırdalanda kütləvi DAVA - VİDEO

CƏMİYYƏT

27 Iyun 2024 | 18:24

Xırdalanda kütləvi DAVA - VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış komplekslərindən birinin həyətində kütləvi davanı əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri paylaşan jurnalist Arifə Əliyeva münaqişənin avtomobildə yüksək tonda musiqi səsləndirən şəxslərlə mühafizəçilər arasında baş verdiyini bildirib. O qeyd edib ki, dava sonradan daha da kütləviləşib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, tərəflər arasında mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


SON XƏBƏRLƏR

29 Iyun 2024