• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Vüqar Qurbanov: Doğum evlərində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır

CƏMİYYƏT

27 Iyun 2024 | 17:42

Vüqar Qurbanov: Doğum evlərində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır

Doğum evlərində göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib

Onun sözlərinə görə, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.

"Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır" - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.


SON XƏBƏRLƏR

29 Iyun 2024