• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Problemli kreditlərin həcmi arta bilər - AÇIQLAMA

CƏMİYYƏT

27 Iyun 2024 | 17:34

Problemli kreditlərin həcmi arta bilər - AÇIQLAMA

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 0,9 % çoxdur.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Mərkəzi Bankdan bildirilib. Verilən məlumata görə, ümumilikdə ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 % artıb.

Həmçinin vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib.

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin həcmi arta bilər. Lakin ümumi kredit portfelinə nisbətdə problemli kreditlərlə bağlı vəziyyətdə yaxşılaşma müşahidə olunur.

Onun sözlərinə görə, problemli kreditlərin artmasının başlıca səbəbi kredit portfelinin böyüməsi ilə bağlıdır:

"2021-ci ilin dekabr ayında ümumi kredit protfelində problemli kreditin həcmi 4.5 faiz təşkil edirdi. 2022-ci ilin müvafiq dövründə bu göstərici 3.8 faiz, 2023-cü ildə 2.6 faizə düşüb. Bu həcm 2024-cü ildə isə 2.7 faiz təşkil edib. Əslində kredit portfeli böyüdükcə, məbləğ olaraq risk ehtimalı da artır. Çünki kredit protfeli böyüyəndə banklar daha çox kredit verirlər".

Xalid Kərimli, iqtisadçı

İqtisadçı qeyd edib ki, il ərzində ümumi kredit portfelinin həcmi 24,5 % artaraq 26 milyard 498,3 milyon manat təşkil edib. Bu fonda verilən kreditlərin həcmi də artıb.

"Ümumilikdə verilmiş kreditlərin keyfiyyətində yaxşılaşma müşahidə olunur. Eyni zamanda kredit nizam-intizamında da effektiv nəticələr qeydə alınıb". - deyə Xalid Kərimli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024