• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Ölümündən 11 il sonra dəfn edildi

CƏMİYYƏT

29 Iyun 2024 | 16:44

Ölümündən 11 il sonra dəfn edildi

Gənc həkimlərin yetişdirilməsi üçün cəsədini Bursa Uludağ Universiteti (BUÜ) Tibb fakültəsinə bağışlayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 11 il sonra mərasimlə Balıkəsirdə Ayvalık rayonunda torpağa tapşırılıb.

Bakıvaxtı.az bildirir ki, Bursada yaşayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 2013-cü ildə dünyasını dəyişib. Vəsiyyətinə görə Saymazın cəsədi gənc həkimlərin təhsilinə töhfə vermək üçün kadavra kimi istifadə edilib.

11 ildən sonra ailəsinin xahişi ilə Saymazın cənazəsi dəfn olunmaq üçün qardaşı Ergin Saymaz və qızları Çiğdem Saymaz Narlı və Semra Kamaya təhvil verilib.

Qızının yaşadığı Ayvalığa gətirilən Saymaz ailəsi, yaxınları, müəllimlər və yerli əhalinin iştirak etdiyi mərasimdən sonra rayon qəbiristanlığında torpağa tapşırılıb./lent.az


SON XƏBƏRLƏR

01 Iyul 2024