• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

    CƏMİYYƏT

    29 Iyul 2024 | 15:38 | Müəllif: Əli Hüseynov

    Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

    Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsini Mərkəzin saytında müvafiq linkdən çap etmək olar.

    Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

    Namizədlərin imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026