• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə dəfn edildi

CƏMİYYƏT

27 Iyun 2024 | 17:55

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə dəfn edildi

Birinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Ucar Fidail oğlunun cəsədinin qalıqları iyunun 27-də doğulduğu Göygöl rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Ucar Zeynalovla keçirilən vida mərasimindən sonra Göygöl rayon Pənahlılar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, məzarına tər güllər düzülüb, əklil qoyulub.


SON XƏBƏRLƏR

29 Iyun 2024